ELM VƏ TƏHSİL


10 mindən çox bakalavr magistraturaya qəbul olunmaq üçün ərizəsini təsdiqləyib

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 17:20-yə olan məlumata görə, 11 min 154 nəfər (Azərbaycan bölməsi - 10341, rus bölməsi - 813) ərizəsini təsdiqlədib.
Qeyd edək ki, bakalavrlar iyunun 21-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.