ELM VƏ TƏHSİL
İyulun 2-də və 3-də ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək
30.06.2020 [16:53]
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 2-də və 3-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar respublikanın 28 şəhər və rayonunda təşkil olunacaq.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib.
02.05.2024 [17:01]
01.05.2024 [21:05]
04.05.2024 [16:06]
04.05.2024 [14:35]
04.05.2024 [21:02]
26.04.2024 [14:56]
02.05.2024 [16:23]
03.05.2024 [17:30]
02.05.2024 [15:32]
02.05.2024 [15:28]
02.05.2024 [15:19]
02.05.2024 [13:30]