ELM VƏ TƏHSİL


Dneprin iki universitetində Azərbaycan-Ukrayna mərkəzi fəaliyyətə başlayıb

Ukraynanın Dnepr şəhərində yerləşən Gömrük və İqtisad Universitetinin binasında Azərbaycan-Ukrayna Mərkəzinin rəsmı açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, təntənəli açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, universitetin rektoru Dmitri Boçarov, Dneprdə yaşayan Azərbaycan diaspor fəalları, universitetin rəhbər heyəti və şəhərin ictimai-siyasi xadimləri, yerli KİV-lər iştirak ediblər.Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndikdən sonra açılış mərasimində çıxış edən səfir E.Axundova bildirib ki, bu cür mərkəzlərin açılması Azərbaycan haqqında reallıqların, onun tarixinin və mədəniyyətinin, təhsilinin təbliği üçün gözəl platformadır.