ELM VƏ TƏHSİL


Şimal bölgəsindən olan 859 abituriyent Xaçmaz şəhərində biliklərini sınayıb

Avqustun 13-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 859 məzun dörd mərkəzdə imtahan veriblər.
Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan məzunların iştirak etdiyi imtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib.