İQTİSADİYYAT


Beyləqanın Sarısu kəndində fermerlərin suvarmada qarşılaşdıqları çətinliklər aradan qaldırılıb

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə dövlət başçısı rayonlarda su ilə bağlı yaranmış mövcud problemə xüsusi diqqət çəkib və məsələnin həlli üçün tapşırıqlar verib. Bundan sonra Beyləqan rayonunun Sarısu kəndindəki fermerlərin su problemləri həll olunub, suvarma ilə bağlı yaranmış çətinliklər aradan qaldırılıb.
Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Fərhad Qasımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yerli əhali suvarma suyu kimi “Qarabağ” kanalından istifadə edir.