İQTİSADİYYAT


Muzdlu işçilərə maliyyə dəstəyi verilməsi üçün siyahı artıq Maliyyə Nazirliyinə təqdim edilib

Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin ikinci mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 15-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.