İQTİSADİYYAT


İsmayıllılı fermer qadınlar AFAQ layihəsindən faydalanırlar

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “PAŞA Holding” tərəfindən dəstəklənən AFAQ layihəsi çərçivəsində qadın fermerlərlə növbəti görüş İsmayıllı rayonunun Sumağallı kəndində təşkil edilib.Avqustun 26-da Sumağallıda keçirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, “Aqrar Tədarük və Təchizat” ASC-nin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru, Sumağallı və Kürdmaşı kəndlərində fəaliyyət göstərən və layihə çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.