ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 2 gün dərs keçəcək

Məktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq. Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq.AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 27-də keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.O bildirib ki, məktəbəhazırlıq siniflərində şagird sayı nəzərə alınacaq.