ELM VƏ TƏHSİL


Xaçmazda əsaslı təmir olunan üç bağça sentyabr ayında istifadəyə veriləcək

Xaçmaz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında aparılan təmir işləri sentyabrın 15-dək tamamilə yekunlaşacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılır. Bağça körpələrin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunacaq.