İQTİSADİYYAT


İsmayıllıda 11 yaşayış məntəqəsini birləşdirən yola ilk dəfə asfalt döşənir – kənd sakinləri dövlətimizin başçısına minnətdarlıq edirlər

Prezident İlham Əliyevin 2020-ci il 31 iyul tarixli Sərəncamına əsasən dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunda tikinti işlərinə başlanılıb.Yerli sakinlərin sözlərinə görə, Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut yoluna ilk dəfədir ki, asfalt döşənir. Kürdüvan kəndinin ağsaqqalı, 65 yaşlı Cəsarət Mahmudov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu kəndlər rayon mərkəzindən 30 kilometr aralıda yerləşir. Kənd yollarından istifadə etməklə rayona gedib-gəlmək həmişə müşkül məsələ olub. Bu yaşayış məntəqələri dağ kəndləri olduğundan sel suları tez-tez torpaq yolları sıradan çıxarırdı. Bir sözlə, yolların yararsız olması yerli sakinlərin işlərini xeyli çətinləşdirirdi.