CƏMİYYƏT


Dövlət Komitəsi Qubadlı rayonunun işğalı ilə bağlı videoçarx hazırlayıb

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistanın işğalına məruz qalıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Öncə Vətən!" hərbi-vətənpərvərlik sosial layihəsi çərçivəsində, Qubadlının işğalının 27-cü ildönümü ilə əlaqədar videoçarx hazırlanıb.
Videoçarxda məcburi köçkünlər - Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri Dağbəyi Məhyəddinov qubadlıların döyüş ruhu, təcavüzkarlara qarşı mübarizəsi və işğala şərait yaradan amillər barədə fikirlərini bildirir, qüdrətli ordumuzun doğma torpaqlarımızı düşməndən azad edəcəyinə əminliklərini ifadə edirlər.