Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır
02.10.2026 [15:35]
Xəbərin mətni
Ölkəmizdə son illərdə kibertəhlükəsizlik sahəsində çox mühüm addımlar atılıb. 2026-cı ildə Azərbaycanda rəqəmsallaşmanın sürətləndirilməsinə dair fəaliyyət planına baxdığımız zaman kibertəhlükəsizlik istiqaməti önəm verilən istiqamətlərdən biridir. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədr müavini Elvin Şahverdiyev "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüşdə çıxışı zamanı deyib.