İQTİSADİYYAT


Tovuzun üzüm sahələrində bol məhsul var

Tovuzda üzüm yığımına başlanılıb. Son illər fermerlərin xaricdən gətirilən məhsuldar süfrə sortlarına üstünlük verməsi nəticəsində məhsuldarlıq da artıb.
AZƏRTAC xəbər verir ki, sakinlərin üzümçülüyə marağının artması nəticəsində rayonda yeni üzüm bağları salınıb. Artezian quyularının sayının artırılması da fermerlərdə həvəs yaradır.