İQTİSADİYYAT


İmişlidə 2500 metr uzunluğunda yeni su kanalı istifadəyə verilib

Cari ildə İmişli rayonunda 2500 metr uzunluğunda yeni suvarma kanalı çəkilib, 3 yeni nasos stansiya inşa edilib, həmçinin əkin sahələrində 3 və 4-cü suvarma işləri aparılıb. Bunun üçün İmişli Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində fəaliyət göstərir.
AZƏRTAC xəbər verir ki, İmişlidə əkin sahələrinin vaxtında və keyfiyyətli suvarılması üçün bir sıra işlər görülüb.
İmişli Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədovun sözlərinə görə, idarə 54 min 291 hektar əkinəyararlı torpaq sahəsinə xidmət edir.