Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sevinc” kuboku uğrunda respublika birinciliyinə start verilib

10.09.2020 [12:54]

Xəbərin mətni

Sentyabrın 10-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində mini futbol üzrə “Sevinc” kuboku uğrunda respublika birinciliyinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 8 komanda mübarizə aparır. İki qrup üzrə aparılan birincilik üç gün davam edəcək.