ELM VƏ TƏHSİL


Beyləqanın Dünyamalılar kəndində 624 şagird yerlik məktəb binası istifadəyə verilib

Sentyabrın 14-də Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.
Məktəb binasının açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov iştirak edib.