CƏMİYYƏT


Bu il keçən illə müqayisədə üzümün alıcısı çoxdur – Cəlilabaddan reportaj

Cəlilabadda salınan İtaliya mənşəli yeni üzüm bağları artıq öz məhsuldar dövrünü yaşayır. Yığım mövsümü başlayandan bu günədək bağlardan toplanan bol məhsulun 700 tona yaxını emal müəssisələrinə, 7 min tonu daxili bazarlara, 30 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.AZƏRTAC xəbər verir ki, Cəlilabadda dadı kimi adı da dillər əzbəri olan Həməşərə, Bayanşirə, Mədrəsə, Ağşanı, Qaraşanı və digər yerli üzüm sortları ilə yanaşı, xarici ölkələrdən gətirilən məhsuldar sortlar da yetişdirilir. İtaliya mənşəli Kardinal, Red qlob, Palieri, Prima, Atika kimi süfrə üzüm sortları bu torpaqlarda tez yetişməsi ilə fərqlənir.