ELM VƏ TƏHSİL


“Virtual məktəb” platformasında tədris prosesinin təşkilinə dair təlimat hazırlanıb

Yeni tədris ilində “Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib.Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik “Virtual məktəb”lə bağlı çoxsaylı müraciətləri təhlil edərək, ən çox verilən suallara dair yaradılmış poster, şifrənin bərpası qaydası ilə bağlı videoçarx və ümumtəhsil məktəbləri üçün “Virtual məktəb” platformasında tədris prosesinin təşkilinə dair təlimat hazırlayıb.