İQTİSADİYYAT


Xətai rayonunda 5 küçə təmir olunub

Ölkə başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində təmirə ehtiyacı olan 23,8 kilometr uzunluğa malik 18 küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri çərçivəsində rayon üzrə ümumi uzunluğu 7,9 kilometr olan İnqilab İsmayılov, Qaçaq Nəbi, Məzahir Rüstəmov, Seyid Əzim Şirvani və Yavər Əliyev küçələri yenidən qurulub.