İQTİSADİYYAT


Qusarlı fermerlər kartof sahələrində bol məhsul yetişdiriblər

Fermerlər dəmyə torpaqlarında becərilən kartofun yığımına sentyabr ayının ikinci ongünlüyündən başlayıblar. Artıq sahələrdən 27 min tondan çox məhsul toplanılıb.
Fermer Xanbaba Qayıtmazov bildirib ki, rayonun Yasab kəndindəki əkin sahəsində üç sort kartof becərib.