SİYASƏT


Azərbaycan Ordusu düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikalarını məhv edib

İşğal olunan torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Döyüşlərdə iştirak edən hərbi qulluqçular əsl qəhrəmanlıq nümayiş etdirirlər. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 29-da keçirilən brifinqdə deyib.