CƏMİYYƏT


Erməni hərbçiləri məcburi köçkünlər üçün salınan yaşayış kompleksini artilleriya atəşinə tutub

Bu gün səhər erməni silahlı qüvvələri Tərtər rayonunda 2017-ci ildə açılışı olan 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksini artilleriya atəşinə tutub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış kompleksində olan 34 yaşayış binasından yeddisinə, eləcə də infrastruktura ciddi ziyan dəyib.Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir.