SİYASƏT


“Əl-Arabi” telekanalı: Ermənistan ordusu yaşayış məntəqələrini artilleriya atəşinə tutur

Ermənistan ordusunun Tərtər rayonunda yaşayış məntəqələrini və mülki insanları artilleriya atəşinə tutması ilə bağlı daha bir reportaj “Əl-Arabi” telekanalı tərəfindən yayımlanıb.AZƏRTAC xəbər verir ki, reportajda Ermənistan silahlı qüvvələrinin mülki obyektləri və insanları hədəfə alması nəticəsində itkilər faktlarla tamaşaçıların diqqətinə çatdırılıb.