Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və biz haqq yolundayıq
05.10.2020 [11:22]
Xəbərin mətni
Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində danışıb.