SİYASƏT


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Ukraina-24” telekanalına müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.