Erməni təxribatları nəticəsində Səfərli qəsəbəsində evlərə ziyan dəyib
06.10.2020 [12:17]
Xəbərin mətni
Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Lakin erməni təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur. Yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış Səfərli qəsəbəsində evlərə, infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, xəsarət alanlar var.