CƏMİYYƏT


Füzulidə dinc sakinlərin məskunlaşdığı yaşayış məntəqələri hədəf alınır

Azərbaycan əsgəri ilə üz-üzə döyüşməkdən qaçan erməni faşistləri mülki əhalini hədəf almaqda davam edirlər. Bu təxribatın törədilməsində məqsəd dinc sakinləri təşvişə salmaqdır.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, hədəf alınan yaşayış məntəqələrimiz arasında Füzuli rayonunun kəndləri də var. Düşmən bu gün yenidən Füzulidə dinc sakinlərin məskunlaşdığı kəndləri ağır artilleriyadan atəşə tutub, evlər dağılıb, infrastruktura ciddi ziyan dəyib.