CƏMİYYƏT


Cəbhə kəndində sakinlərin əhval-ruhiyyəsi yüksəkdir

Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Ağdam rayonunun cəbhəyanı kəndlərini növbəti dəfə artilleriya atəşinə tutub. Mərmilərin düşməsi nəticəsində bir neçə evə və yardımçı binaya ziyan dəyib, vətəndaşlara məxsus ev heyvanları tələf olub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri təmas xəttinə yaxın məsafədə yerləşən Qaradağlı kəndində gedərək, erməni vəhşiliklərini lentə alıb, sakinlərlə söhbət edib.