SİYASƏT


Erməni terroru davam edir: düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı - AZƏRTAC hadisə yerindən xəbər verir

Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub, dinc sakinlər arasında ölən və yaralananlar var.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin silahlı qüvvələrinin gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinlərindən ilkin məlumata görə 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Mülki obyektlərə və infrastruktura ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır