Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xızıya atılan raket havada zərərsizləşdirilib

19.10.2020 [00:36]

Xəbərin mətni

Oktyabrın 18-də cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna raket atılıb.AZƏRTAC xəbər verir ki, raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.Əraziyə cəlb olunan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd “S-300” raketinin partlamış qalıqlarını aşkarlayıblar.