SİYASƏT


Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

Azərbaycan Ermənistandan fərqli olaraq mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir. Ermənistanın törətdiyi vəhşiliklərə ad tapmaq olmur. Azərbaycan humanitar atəşkəsə əməl etsə də, Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətində qalır. Ermənistanın bu hərəkətləri bütün konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. Çünki bütün konvensiya və qanunlarda mülki əhali və infrastrukturun atəşə tutulmamasının vacibliyi qeyd edilir. Lakin biz görürük ki, Ermənistan bütün bu konvensiya və qanunları ayaq altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə bildirib.