Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər
07.10.2026 [12:35]
Xəbərin mətni
Avropa İttifaqının aşağı dəyərli bağlamaların emalına görə rüsum tətbiq etmək qərarı qlobal poçt-logistika sektoruna və milyonlarla istehlakçıya əhəmiyyətli təsir göstərə bilər. Bu sözləri Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumunda Ümumdünya Poçt İttifaqının (UPU) baş direktoru Masahiko Metoki deyib.