SİYASƏT


Mustafa Şentop: Mülki şəxsləri və yaşayış məntəqələrini bombalayan Ermənistan müharibə cinayəti törədir

Azərbaycana Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd fərqli siyasi partiyanın parlament qruplarından olan dostlarımızla birlikdə səfərə gəlmişik. Səfər çərçivəsində Bakıda bir sıra görüşlərimiz oldu. Bu müharibədə dinc əhaliyə qarşı cinayətin ən dəhşətlisi, mülki şəxslər arasında ölüm sayının ən çox olduğu məhz Gəncə şəhəridir. Azərbaycana səfərimiz zamanı Gəncəyə gəlməyimiz bütün diqqəti buraya cəlb etmək baxımından da çox vacibdir.AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop oktyabrın 20-də Gəncədə jurnalistlərə müsahibəsində deyib.