SİYASƏT


Azərbaycanın və Türkiyənin Yaponiyadakı səfirləri Ermənistanın hərbi təxribatları ilə bağlı birgə mətbuat konfransı keçiriblər

Oktyabrın 21-də Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Türkiyənin Yaponiyadakı səfiri Həsən Murat Mərcan Tokioda yerləşən Yaponiya Xarici Müxbirlər Klubunda (FCCJ) birgə mətbuat konfransı keçiriblər.AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Yaponiyanın və bu ölkədə akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mətbuat konfransı, həmçinin FCCJ-nin “YouTube” və “Facebook” internet kanallarında canlı olaraq yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır