SİYASƏT


Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.
AZƏRTAC xəbər verir ki, türkiyəli qonağı bu barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: “Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar”.