CƏMİYYƏT


Türkiyəli jurnalistlərin bir qrupu Gəncədə erməni vəhşiliyi ilə tanış olub

Türkiyənin “Akit” qəzeti və televiziyasının Ankara təmsilçisi Hacı Yakışıklı, “Özişık” İnternet Xəbər Yayım Qrupunun sahibi və rəhbəri Hadı Özişık, “Takvim” qəzetinin nümayəndəsi Əkrəm Kiziltas və “Kanal D” televiziyasının Ankara təmsilçisi Ercan Gürses Gəncəyə səfər ediblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, türkiyəli jurnalistlər cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.