Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşı anılıb

25.10.2020 [14:56]

Xəbərin mətni

Ermənistan ordusunun Gəncədə əhalinin sıx yaşadığı məntəqələri raket atəşinə tutması nəticəsində ağır yaralanmış və müalicə olunduğu xəstəxanada ötən gün vəfat edən Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviçin xatirəsi oktyabrın 25-də anılıb.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Gəncədəki Aleksandr Nevski rus pravoslav kilsəsində keçirilən mərasimdə şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri iştirak ediblər.