Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda yetişdirilən xurma Rusiya bazarlarına çıxarılır

26.10.2020 [11:31]

Xəbərin mətni

Şabranlı təsərrüfatçılar xurma bağlarında bol məhsul yetişdiriblər. Artıq bir neçə gündür ki, məhsul yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər artıq müştərilərlə razılıq əldə ediblər. Şabranda yetişdirilən xurmanın 80-90 faizi Rusiya bazarlarına göndərilir. İş adamları xurmanın kiloqramını sortundan və keyfiyyətindən asılı olaraq 40-80 qəpiyə alırlar. Hazırda toplanan meyvə qablaşdırılaraq yük maşınlarına, müəyyən hissəsi isə soyuducu anbarlara yığılır.