ELM VƏ TƏHSİL


Repetitor fəaliyyəti davam edəcək

Dekabrın 1-dək respublika ərazisində bütün təhsil müəssisələri distant fəaliyyət göstərəcək. Lakin bu dövr ərzində repetitor fəaliyyəti davam edə bilər.AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.Nazir qeyd edib ki, repetitor fəaliyyəti nazirliyin strukturuna daxil deyil. Ona görə də nazirlik onların fəaliyyətinə müdaxilə etmir.