Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub

30.10.2020 [15:24]

Xəbərin mətni

Xəzər rayonunun Mərdəkan qəsəbəsində uzunluğu 2450 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb.