CƏMİYYƏT


Mərdanə duruşu ilə düşmənə gözdağı olan topçumuz Vüsal Şahkərimovun ailəsindən REPORTAJ

Müdafiə Nazirliyinin yaydığı həmin videonu dünən ilk dəfə televizorda izlədim. Gözlərimə inanmadım. İşdən gəlib yorğun yatan atasını oyatdım ki, oğlumuzu televizorda göstərirlər. Qızlarım da gəldi. Televizoru digər kanala çevirdim, gördük oradan da həmin videoçarxı göstərirlər. Gözlərim doldu. Oğlumla fəxr edirəm!