Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarçayın sel təhlükəsi olan hissələrində bənd-sahilbərkitmə işləri aparılır

05.11.2020 [11:55]

Xəbərin mətni

Xaçmaz rayonunda yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında mühafizə bəndlərinin inşası davam etdirilir.
Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, çay məcralarının tənzimlənməsi işləri əsasən Qusarçay, Qudyalçay, Qaraçay və Vəlvələçayda həyata keçirilir.