İQTİSADİYYAT


“Malların ixrac qeydi ilə satışı Qaydası” qeyri-neft məhsulları istehsal edən istehsalçılara və ixracatçılara şamil olunur

Nazirlər Kabinetinin Qərarı ilə “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edilib.AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Elnur Yusifovun sözügedən Qərarla bağlı şərhini təqdim edir.E.Yusifov bildirib ki, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.