Ağdam: kədər, sevinc və ümid şəhəri
28.11.2020 [11:27]
Xəbərin mətni
Yolumuz işğaldan azad edilmiş Ağdam şəhərinədir. Avtomobillə noyabrın 20-dək təmas xətti sayılan Evoğlu kəndindən keçib üzü Ağdam şəhərinə doğru irəliləyirik. Böyük qürur və sevinc hissi ilə düşünürəm ki, 27 ildir gedə bilmədiyimiz bu yolları bundan sonra tez-tez gedəcəyik - qurmağa, yaratmağa, erməni vandallarının Ağdam torpağına vurduğu yaraları sağaltmağa, yurd həsrətinə son qoyulmuş insanların sevincinə şərik olmağa.