CƏMİYYƏT


Yaşayış yerini tərk edən dörd nəfər koronavirus xəstəsi saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki karantin postunda xidmət zamanı yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin rayon sakini Mübariz Şirinov olduğu müəyyən edilib.
Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, Mübariz Şirinov qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib.