Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazimiz: ruh yüksəkliyimiz böyük idi, əsgərlərimiz yaralı halda belə döyüşürdülər

30.11.2020 [13:57]

Xəbərin mətni

Ruh yüksəkliyimiz böyük idi, əsgərlərimiz yaralı halda belə döyüşürdülər. Müzəffər Ali Baş Komandanın qayğısı və rəhbərliyi, bizim qarşımıza qoyulan tapşırığa əsasən bütün şəxsi heyət o məsuliyyəti hiss edərək canla-başla yerinə yetirirdi.AZƏRTAC xəbər verir ki, bu fikirləri şanlı Ordumuzun Vətən müharibəsində qazandığı tarixi zəfərlərdə əməyi olan qazimiz, xüsusi təyinatlı dəstənin komandiri, mayor Zaur Rəhimov səsləndirib.