Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynanın işgüzar dairələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar

30.11.2020 [18:11]

Xəbərin mətni

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Kremençuqa səfəri zamanı iri biznes nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfirlə görüşdə Kremençuq şəhərindəki müxtəlif sənaye müəssisələrinin, o cümlədən “KrAZ”, “Kredmaş”, “Stalzavod” və digər müəssisələrin rəhbərləri iştirak ediblər.