CƏMİYYƏT


Su polisləri brokonyerlik edən şəxslərə maarifləndici tövsiyyələr veriblər

Balıqçılıq və ovçuluqla müvafiq icazələri almadan qanunsuz məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərindəki “Qızılağac” milli parkında qanunsuz balıq ovu ilə məşğul olan şəhər sakini Vüsal Səfərov tutulub. Baxış zamanı ona məxsus balıqovlama alətləri, qanunsuz tutduğu 70-ə yaxın balıq aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxsin balıqovlama biletinin olmadığı və qoruq ərazisində balıqları elektrik alətlərindən istifadə edərək ovladığı müəyyənləşdirilib.