Prezident İlham Əliyev: İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirakla bağlı İtaliya tərəfinə təkliflər verilib
07.12.2020 [17:25]
Xəbərin mətni
İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib. Sizin Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə salamat bina qalmayıb. Cəbrayıl, Zəngilan, Qubadlı eyni vəziyyətdədir.