Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verilib

11.12.2020 [11:30]

Xəbərin mətni

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) geniş rəqəmsal transformasiya proqramına başlayıb. Yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə KOBİA sahibkarlarla daha operativ təmasda olacaq, xidmətlərin keyfiyyəti yaxşılaşacaq, elektronlaşdırılması və əhatə dairəsi genişləndiriləcək.KOBİA-dan AZƏRTAC-a bildirilib ki, rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar üçün onlayn növbə imkanı yaradılıb.